“PAŞA Həyat”ın daxilolmaları 81% artıb

“Paşa Həyat” sığorta şirkəti 2017-ci ilin yanvar-avqust ayları üçün əsas maliyyə göstəricilərini açıqlayıb.

Belə ki, 2017-ci ilin 8 ayında “Paşa Həyat” şirkətinin daxilolmaları 101,488 mln. manat həcmində olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,506 mln. manat və ya 81% çoxdur.

Sığorta şirkətinin ödənişləri isə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə və ya 19,119 mln. manat artıb. Belə ki, ödənişlər 33,614 mln. manat həcmində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır