PAŞA Həyat şirkətinin dəstəyilə Beynəlxalq Sığorta Forumu baş tutub – Foto

Lider həyat sığortası şirkəti olan PAŞA Həyat-ın baş sponsorluğu ilə iyunun 20-21-də Bakıda sayca 10-cu Azərbaycan Beynəlxalq Sığorta Forumu (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) baş tutdu.

Forumun məqsədi yerli sığortaçılarla dünya sığortaçılarının birbaşa kommunikasiyasını gücləndirməkdir.

İki gün davam edən Forumda həyat sığortası və bank kanallarının birgə fəaliyyəti, avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında müzakirələr aparıldı.

PAŞA Həyat şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov “Bancassurance” panelində çıxış edərək, bankassurance modelinin yeni trendlərə uyğun olaraq məhz müştəri mərkəzli yanaşmalar əsasında yaradılması və bu prosesdə rəqəmsallaşmanın önəmi haqda ətraflı danışdı.

Related posts

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib

İndiyədək Fondun zəmanəti ilə sahibkarlara 525 milyon manatdan çox kredit verilib – Foto

AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı