PAŞA Holding-in təşkil etdiyi İnmerge İnnovasiyalar Sammitinin ilk gününün xülasəsi – Foto

Məlumat verildiyi kimi, PAŞA Holding İnmerge İnnovasiya Sammitini təşkil edir. Dünən – 30 noyabr sammitin ilk günü baş tutub. Tədbirin açılışı zamanı PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov tədbir iştirakçılarını salamlayıb, sammitin təşkil edilməsində əsas məqsədi, eləcə də bu sammitin ölkəmiz və region üçün önəmi barədə danışıb.

“Ölkəmizdə və regionda innovasiya ekosisteminin dəstəklənməsi əsas prioritetlərimizdəndir. Düşünürəm ki, hazırkı sammit bu hədəfə çatmağa böyük töhfə verəcək” – PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov bildirib.

Belə ki, cari sammit texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərmək məqsədini daşıyır.

Tədbirin ilk günü çərçivəsində sammitin açılışı üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev, İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və “Trendyol” şirkətlər qrupunun CEO-su Erdem İnan da səhnədə idilər. Onların çıxışının ardınca isə hamını həyəcanlandıran təqdimat baş tutdu və Steve Wozniak gələn hər kəsi salamlayıb. O, öz çıxışı zamanı məktəb vaxtlarındakı mühəndislik uğurlarına, Steve Jobs ilə tanışlığına, həmçinin “Apple”ın ilk günlərindən hekayələrə yer verib.

Bunlarla yanaşı, “PAŞA Holding” dünyanın müxtəlif ölkələrindən iştirakçıları maliyyə texnologiyaları və telekommunikasiya vertikallarında, eləcə də təlimlərdə bir yerə toplayıb. Sammit çərçivəsində baş verən önəmli hadisələrdən biri də “Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması olub. Memorandumu “PAŞA Holdinq”in İnnovasiyalar Şöbəsinin müdiri Fərrux Əliyev, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən İnara Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov imzalayıblar.

Qeyd edək ki, bu gün regionun ən böyük innovasiyalar sammitinin ikinci günü keçirilir.

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı