PAŞA Kapital investisiya şirkətindən açıqlama

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərarına əsasən, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin inzibatçısı barəsində maliyyə sanksiyası tətbiq edilib.

Maliyyə sanksiyası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsaslanır.

Belə ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tələblərinə əsasən, Şirkət daxili nəzarət funksiyasını yerinə yetirməli idi. Yoxlama nəticəsində 2021-2022-ci il dövrləri üçün daxili təlimlərin aparılmadığı və audit yoxlamanın vaxtında keçirilmədiyi aşkarlanıb. Burada əsas addımlardan biri vaxtaşırı daxili audit yoxlamasını həyata keçirmək və zəruri təlimlər təşkil etməkdir.

Qeyd etmək istəyirik ki, adıçəkilən pozuntunun qanunvericilikdə nəzərdə tutulan təhlükəli fəaliyyət növləri ilə hər hansı əlaqəsi yoxdur. Tətbiq edilən cərimənin məbləği isə 2,000 (iki min) manat təşkil edir.

Xüsusilə qeyd etmək istəyirik ki, bu pozuntu və cərimənin Şirkətin cari fəaliyyətinə və müştərilər ilə münasibətlərinə heç bir neqativ təsiri olmayıb, həmçinin tənzimləyici quruma təqdim edilən prudensial hesabatlıqda nöqsan kimi əks olunmayıb. Şirkət belə halın təkrarlanmaması üçün bütün zəruri tədbirləri görüb.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı