Müştərilərin gözləntilərini anlamaq, onların sığorta təcrübəsini sadə və etibarlı etmək PAŞA Sığorta şirkəti üçün öndə olan məqsədlərdəndir. Şirkət daim müştəri məmnumiyyətini yüksəltmək üçün beynəlxalq təcrübələrə əsaslanır və qlobal şirkətlərlə əməkdaşlıq edir. Bu istiqamətdə növbəti addım avtomobil üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərlərin qiymətləndirilməsi prosesinin optimallaşdırılması və sürətləndirilməsidir.
Bu məqsədlə PAŞA Sığorta zərərlərin qiymətləndirilməsi sahəsində çox geniş məlumat bazasına sahib və süni intellekt vasitəsi ilə məlumatları emal etməklə müxtəlif müasir həllər təqdim edərək bu sahədə öz uğulu mövqeyini təsdiqləmiş Solera şirkətinin Azərbaycandakı təmsilçisi Audatex şirkəti ilə iyul ayından başlayaraq əməkdaşlığını genişləndirmişdir.
Belə ki, PAŞA Sığorta şirkətinin idarə heyətinin üzvü Aygün Ömərovanın sözlərinə görə Audatex şirkəti ilə əməkdaşlıq nəticəsində təqdim olunan elektron platforma vasitəsi ilə beynəlxalq avtomobil istehsalçılarının mövcud meyarlarına əsaslanaraq müştərilərin avtomobillərinə dəyən zərərləri keyfiyyət standardlarına uyğun, tam şəffaf və daha sürətli qaydada qiymətləndirmək imkanı yaranacaqdır.
Qeyd etmək istərdik
ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti
2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan
“PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ
könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings”
beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin
uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini
“BB+”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib.
Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər
göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.