PAŞA Sığorta müştərilərə daşınmaz
və daşınar əmlakın könüllü sığorta məhsulunu əldə etmək üçün əlverişli ödəniş imkanı təqdim edir.
İndi siz “Yaşıl Bakı” könüllü əmlak sığortasını əldə edərkən sığorta
haqqı ödənişini məbləğdən asılı olaraq bir neçə aya bölərək ödəyə bilərsiniz.
“Yaşıl Bakı” könüllü əmak
sığortası 3 paketdən ibarətdir: Çinar, Cökə və
Zeytun. Siz 99 AZN sığorta haqqı ilə Çinar
paketini 2 ay, 149 AZN sığorta haqqı ilə Cökə paketini 3 ay, 199 AZN sığorta
haqqı ilə Zeytun paketini isə 4 aya qədər hissəvi ödəniş imkanı ilə əldə edə
bilərsiniz. Əldə edəcəyiniz sığorta paketi ilə əmlakınızı yanğın, subasma,
təbii fəlakətlər, oğurluq və bu kimi digər hallara qarşı təminat altına ala
biləcəksiniz. Qeyd edək ki, Yaşıl Bakı sığorta paketləri yalnız Bakı şəhərində yerləşən mənzillər üçün
keçərlidir. Bildirmək istərdik ki, hissəvi ödəniş imkanı sadəcə *7000 qısa
nömrəsi və telesatış vasitəsilə könüllü əmlak sığortası üçün müraciət edəcək
müştərilərimizə şamil olunacaq.
Əmlakınızı yüksək zərərli hadisələrdən sığortalamağınız
çox vacibdir, çünki həyatda sahib olduğumuz maddi sərvətlərin sırasında ən əhəmiyyətli
yerlərdən birini yaşadığımız evimiz tutur.
Könüllü
əmlak sığortasını əldə etmək, həmçinin kampaniya barədə
ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya
bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook və Instagram
səhifələri vasitəsilə, kampaniya haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB+”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir .