PAŞA Sığortadan nümunəvi sürücülər üçün “Öz endirimini özün yarat!” adlı yeni kampaniya!

PAŞA Sığorta nümunəvi sürücülər üçün Tam KASKO könüllü avtomobil sığortası üzrə endirim kampaniyası elan edir. Kampaniya şərtlərinə, əsasən, icbari sığorta üzrə sürücülük tarixçəsində qəza qeydə alınmayan müştərilər fərdi Tam KASKO sığorta məhsulunu 20%-dək endirimlə əldə etmək imkanına sahib olacaq.

Belə ki, 17 aprel-17 may tarixlərində icbari avtomobil sığortası üzrə bonus- malus endirimi 5% və daha çox olan sürücülərə könüllü avtomobil sığortası üzrə endirim tətbiq olunacaq. İcbari sığorta üzrə 5%, 10% və 15% Bonus- Malus endirimi olan şəxslər Tam KASKO sığortası üzrə də müvafiq olaraq üzrə 5%, 10% və15% endirim əldə edəcək. İcbari sığorta üzrə Bonus- Malus endirimi 20% və daha artıq olan şəxslər isə Tam KASKO sığortasına 20% endirim əldə edəcək. Qeyd edək ki, Qeyd edək ki, kampaniya yalnız 1 illik, sığorta haqqı 500 AZN və daha çox olan mövcud və yeni Tam KASKO sığortası müştərilərinə şamil edilir.

Kampaniyadan yararlanmaq, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 – Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://store.pasha-insurance.az/campaign/page?token=bfqEsTYWwMM=  keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Kampaniya haqqında ətraflı məlumat üçün keçid edin: https://cutt.ly/Yw5qX5fG

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Related posts

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnələri – SİYAHI

Bank Respublika müasir konseptli Goranboy filialını istifadəyə verdi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı