Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"PASHA Bank Cup VI” yarışının final mərhələsinə hazır olun - BBN

“PASHA Bank Cup VI” yarışının final mərhələsinə hazır olun

Azərbaycanda IT sahəsində təhsil alan və çalışan kadrların potensialının artırılmasına və bu sahəyə marağı olanların bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş “PASHA Bank Cup VI” yarışının final mərhələsi başlamaq üzrədir.

Final mərhələsi 29 sentyabrda Bakı Mühəndislik Universitetində keçiriləcək. İndiyədək ən çox bal toplayan iştirakçılar “PASHA Bank Cup VI” kuboku uğrunda mübarizə aparacaqlar.

Bu mərhələ data strukturları, axtarış və sıralama alqoritmləri, dinamik proqramlaşdırma və qraflar barədə olacaq.

“Data strukturları və alqoritmləri” mövzusunu əhatə edən “PASHA Bank Cup VI” yarışı 2 təsnifat mərhələsini geridə qoyub.

Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı əldə edəcəklər.

Related posts

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib

“Expressbank”ın sponsorluğu ilə “ASAN xidmət”in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

AMB-nin Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı