“PASHA Private Banking” ofisində Azərbaycan rəssamlarının yenilənmiş əsərlərindən ibarət sərgi nümayiş olunur – Foto

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın “PASHA Private Banking” ofisində mədəniyyəti və irsimizi simvolizə edən böyük incəsənət sərgisinin əsərləri yenilənmişdir.

Sərgidə yerli rəssamlar Təranə Səid, Tahir Şıxəliyev, Lyubov Mir Cavadova, Anar Hüseynzadə, Emin Əsgərov, Arif Ələskərov, Cavid Məmmədov, Natiq Fərəcullayev, Mir Azər Abdullayev və Rafail Əliyevin əsərləri yer alır.

“PASHA Private Banking”in öz müştəriləri üçün təşkil etdiyi sərgi ən müasir bank xidmətlərindən faydalanmaq imkanı ilə yanaşı, həm də istedadlı rəssamların əsərlərindən zövq almaq və müəlliflərlə ünsiyyətdə olmaq fürsəti verir. Əlavə olaraq, “PASHA Private Banking” müştərilərinə sərgidə bəyəndikləri sənət əsərlərini almaq imkanı da yaradır.

Fərqli üslubda işlənən bu sənət əsərləri həm ilham mənbəyi, həm də perspektivli investisiya fürsəti kimi müştərilərə təqdim olunur. İncəsənət məsləhətçilərinin tövsiyəsi ilə seçilən kolleksiya, gəlirlilik potensialı olan alternativ investisiyalar üçün əlverişli imkanlar təqdim edir.

Sərgi mütəmadi olaraq təşkil olunur. Əsərlərlə tanış olmaq və ya əldə etmək üçün müştərilər Yusif Məmmədəliyev 15 ünvanında yerləşən “PASHA Private Banking” ofisinə yaxınlaşa bilərlər.

Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. Son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı”, “Ən yaxşı bank qrupu” nominasiyalarında fərqləndirilib.

“PASHA Private Banking” müştərisi olmaq və yüksək gəlirli müştərilər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün “PASHA Private Banking” veb-səhifəsinə keçid edin və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

TuranBank ağacəkmə aksiyası təşkil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı