“Patent haqqında” Qanun sadələşdiriləcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinin müavini Niyazi Rəhimov jurnalistlərə müsahibəsində bildirib ki,Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə Azərbaycan Respublikasının “Patent haqqında” Qanunu patent hüquqi sazişinə uyğunluğu baxımından öyrənilib. Bu istiqamətdə müvafiq qanunvericilik dəyişiklikləri ilə bağlı təşəbbüslər layihəsi hazırlanır və yaxın zamanda hökumətə təqdim olunacaq.

Nəzərdə tutulan dəyişikliklər barədə məlumat verən sədr müavini deyib ki , burada prioritet məsələ ixtira üçün ərizə verildikdə vaxta qənaətin əldə olunmasıdır: “Əgər öncəki təcrübələrdə müvafiq patent qurumuna iddia ərizəsi verilərkən bir neçə sənədin təqdim olunması və prosedurların yerinə yetirilməsi nəzərdə tutulurdusa, artıq bu prosedur mümkün qədər sadələşdiriləcək. Bu bir tərəfdən iddiaçının işini asanlaşdırır, digər tərəfdən isə patent qurumunun həyata keçirdiyi proseduru minimuma endirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır