“PayPal” ən böyük satınalmasını həyata keçirir

San-Xose, ABŞ mərkəzli beynəlxalq onlayn ödəniş sistemi “PayPal”  21 illik tarixinin ən böyük satınalmasını həyata keçirməyə yaxındır.  Belə ki, “PayPal” əsasən bonus kuponlar, promo kodlar və satış endirimləri üzrə xidmət göstərən elektron kommersiya şirkəti “Honey Science Corporation” ilə razılığa gəlib. Şirkətlərarası satınalma sövdələşməsi 4 milyard ABŞ dolları məbləğində dəyərləndirilir.

“PayPal” şirkəti bu satınalma ilə müştəri portfelini artıracağına və istifadəçilərin onlayn alış-veriş təcrübələrini daha da asan və əlverişli prosesə çevirə biləcəyinə inanır.

Məlumat üçün qeyd edək ki, “Honey Science Corporation” 17 milyon aktiv istifadəçiyə və 30000 pərakəndə satış tərəfdaşına sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır