Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
PayPal 2000 işçini işdən çıxarır - BBN

PayPal 2000 işçini işdən çıxarır

Baş ofisi ABŞ-da yerləşən onlayn ödəniş sistemi PayPal 2000 əməkdaşını ixtisar edəcəyini açıqlayıb.

PayPal şirkətinin Baş İcraçı Direktoru (CEO) Dan Schulman mövzu ilə bağlı şirkət işçilərinə ünvanladığı bir mesajda, son bir il ərzində müştərilərin tələblərini qarşılamaq üçün sərmayə qoymağa davam etdiklərini və bu müddətdə çətin bir makroiqtisadi mühitdə şirkətin gücləndirilməsi və yenidən formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etdiklərini bildirib. Şirkətin resursları əsas prioritetlərə yönəltməklə və xərclərin strukturunu düzgün tənzimləyərək irəliləyiş əldə etdiyini vurğulayan Schulman, hələ görüləsi çox iş olduğunu bildirib.

“ixtisarlar yaxın həftələrdə olacaq”

Schulman qeyd edib ki, çətinliklərin öhdəsindən gəlmək özü ilə birlikdə bəzi çətin qərarların verilməsini də gətirir və şirkət qlobal miqyasda 2000 işçini ixtisar edəcək ki, bu da ümumi işçi qüvvəsinin 7%-nə bərabər olduğunu qeyd edərək, bu addıma yaxın həftələrdə gediləcəyini bildirmişdir.

İşdən çıxarılma dalğası texnologiya sənayesində böyüyür

Qlobal iqtisadiyyat zəiflədikcə,artan inflyasiya və tənəzzül texnologiya sənayesində narahatlıqlara səbəb yaradır, bunun nəticəsi kimi, keçən ildən bir çox texnologiya şirkəti, xüsusən də ABŞ-da yerləşən şirkətlər minlərlə insanı işdən çıxarmaq və ya yeni işçiləri işə götürməmə qərarları başlanıb.

Bu şirkətlər arasında Meta və Amazon kimi texnologiya sektorunda aparıcı şirkətlərin olması da diqqət çəkir.

Nəhayət, ABŞ-ın texnologiya nəhənglərindən biri Microsoft 10 min işçisini, Google-un ana şirkəti Alphabet isə 12 min işçisini ixtisar edəcəyini açıqlamışdı.

Texnologiya sektorunda ixtisarları izləyən Layoffs.fyi-nin məlumatına görə, texnologiya şirkətləri 2022-ci ilin əvvəlindən 237 mindən çox işçini ixtisar edib.

Related posts

“Alibaba” qlobal süni intellekt yarışında mövqeyini gücləndirir

“YouTube”un illik gəliri açıqlandı

Süni intellekt bazarında yeni mərhələ: “OpenAI” “Cerebras” ilə əməkdaşlığa başladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı