“PayPal” böyüməyə davam edir

Amerikan ödəmə şirkəti “PayPal” Avropa bazarına daxil olub. Belə ki, şirkət özünün beynəlxalq pul köçürmələri həyata keçirməyə imkan verən “Xoom” xidmətini Böyük Britaniya daxil olmaqla, 31 Avropa ölkəsində müştərilərin istifadəsinə verib. “Xoom” xidməti istifadəçilərinə 130-dan çox ölkəyə pul transferləri həyata keçirmə imkanı tanıyır. Bu addım şirkətə 689 milyard dollarlıq transferlər bazarından pay qopartmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır