“PayPal” və “Amazon” ortaq layihəyə başlayıb

Amerika Birləşmiş Ştatlarında maliyyə texnologiyaları sahəsində daha bir innovasiyaya imza atılıb. Belə ki, trilyon dollarlıq şirkətlər “klubunun” nəhəng korporasiyalarından biri olan “Amazon” ödəniş texnologiyaları şirkəti “PayPal” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Tərəfdaşlıq müqaviləsi çərçivəsində 2022-ci ildən etibarən “PayPal” şirkətinin rəqəmsal bankçılıq məhsullarından olan “Venmo” tətbiqetməsi vasitəsilə “Amazon” sifarişlərinin ödənişlərini həyata keçirmək mümkün olacaq.

Bu vaxta qədər yalnız kredit və debit kartları vasitəsilə ödəniş həyata keçirməyə imkan tanıyan “Amazon” 80 milyonluq istifadəçi bazasına malik “Venmo” ilə inteqrasiya nəticəsində rəqəmsallaşma istiqamətində böyük irəliləyişə nail olacaq. İlkin mərhələdə, “Venmo” tətbiqetməsinin balansının “Amazon Wallet” tətbiqetməsi ilə inteqrasiyasının həyata keçirilməsi gözlənilir.

Məlumat üçün qeyd edək ki, cari ilin üçüncü rübündə 6.18 milyard dollar xalis gəlir əldə edən “PayPal” şirkətinin ABŞ bazarından əldə etdiyi gəlirdə “Venmo” tətbiqetməsinin böyük payı mövcuddur.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı