PayPal və MetaMask kripto alışını daha asan etmək niyyətindədir

PayPal-ın (onlayn ödəniş metodu) son qazanc hesabatında qeyd edildiyi kimi onun dünyada 430 milyondan çox müştəri hesabı var. Şirkət MetaMask (kripto şirkət) ilə birlikdə əməkdaşlığı çərçivəsində kriptovalyuta alışını daha asan etmək istəyir. 

BBN.az TechCrunch-a istinadən xəbər verir ki, MetaMask şirkətindən deyiblər ki, PayPal müştəriləri kripto cüzdana əlçatanlıq əldə edəcəklər və hesablarından istifadə edərək kripto ala bilərlər.

Birinci növbədə, MetaMask istifadəçiləri PayPal ödəniş metodundan istifadə etməklə yalnız Ethereum (ETH) alacaqlar. Yenilik bütün ABŞ-da əlçatan olmamışdan öncə isə ölkənin bəzi ərazilərində aktiv olacaq. Əgər PayPal hesabında artıq ETH varınızdırsa, bu ETH-lardan MetaMask cüzdanını yaratmağa nail ola bilərsiniz. PayPal sizə PayPal balansı, yaxud başqa ödəniş metodlarından istifadə etməklə ETH almağa kömək olacaq. 

TechCrunch-dan deyilib ki, PayPal ilə MetaMask arasında əməkdaşlıq hər iki şirkətə xeyir gətirəcək. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı