Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu keçirəcək

Çinin paytaxtı Pekində oktyabrın 17-18-də 3-cü “Bir kəmər-bir yol” beynəlxalq əməkdaşlıq forumu keçiriləcək.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, forumda bir neçə dövlət və hökumət başçısı, yüksək vəzifəli rəsmi şəxslər, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edəcək. Çin Xalq Respublikasının Sədri Si Cinpin forumun açılış mərasimində çıxış edəcək.

Forum çərçivəsində müxtəlif mövzularda bölmə iclaslarında “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Qeyd edək ki, Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə elan edilib. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Prezident İlham Əliyev 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. “Bir kəmər, bir yol” təşəbbüsü üzrə ilk Beynəlxalq Əməkdaşlıq Forumu 2017-ci ildə keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.

AZƏRTAC

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı