8 ayın sosial göstəriciləri
2020-ci ildə istifadəyə verilmiş bu e-xidmətə ötən dövrdə müraciət sayı 3,7 milyona yaxın olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan “Pensiya kalkulyatoru”na yanvar-avqust aylarında 1,3 milyona yaxın müraciət qeydə alınıb.
“Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir.
Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edərək, qeyd olunan e-xidmətdən istifadə edən hər bir şəxs fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər
2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru” e-xidmətinə ötən dövrdə müraciət sayı 3,7 milyona yaxın olub.