Pensiya ödənişlərinə 456 mln. manat çox olmaqla 3 mlrd. 775 mln. manat yönəldilib

7 ayın sosial göstəriciləri

Cari ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (456 mln. manat) çox olmaqla 3 mlrd. 775 mln. manat vəsait yönəldilib.

Pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb. Hesabat dövründə ölkə üzrə pensiyaların orta məbləği 13 faiz artaraq 491 manat, yaşa görə pensiyanın orta məbləği 525 manat təşkil edib.
Bu ilin 7 ayında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 127 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Related posts

Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün açıq dərs keçirilib

DOST mərkəzlərindəki monitorlarda Qarabağ və Şərqi Zəngəzurda işçi və işəgötürənlər üçün dəstək tədbirləri və güzəştlərə dair posterlər yayımlanıb

Dünya bazarında qızıl bahalaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı