Cari ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (584 mln. manat) çox olmaqla 4 mlrd. 860 mln. manat vəsait yönəldilib.
Həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb.
Yanvar-sentyabr aylarında 29 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 131 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.