Pensiya təyinatı prosesində iştirak edən əməkdaşlara izahatlar verilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının pensiya sektorlarınun əməkdaşları üçün izahat işlərini Yevlax, Mingəçevir, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Tərtər və Ağdaş rayon şöbələrinin əməkdaşlarının iştirakı ilə davam etdirib.

Bu məqsədlə Fondun Yevlax rayonunda təşkil etdiyi seminar-müşavirədə pensiya qanunvericiliyindəki son dəyişikliklərin pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun olaraq sığorta prinsipləri əsasında təkmilləşdirilməsinə, pensiya hüquqlarının adekvat sığorta təminatı əsasında formalaşmasına xidmət etdiyi vurğulanıb.

Seminar-müşavirədə pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydasına, 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyaları məbləğinin şərti çevrilməsinə, həmin vaxta qədər istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılmasına, pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılmasına dair praktik izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır