Home » “Pensiya kalkulyatoru” e-xidmətinə 2,5 milyondan çox müraciət olub

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,5 milyondan çox müraciət olub

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan, 2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru”na ötən dövrdə 2,5 milyondan çox müraciət olub.

Onlardan 2,3 milyonu yaşa görə, qalanları əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarla bağlı müraciətlər olub.

Bu ilin ötən dövründə isə həmin e-xidmətdən 222 min dəfə istifadə edilib.

“Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir.

Ölkənin vahid sosial reyestri olan e-sosial.az portalına keçid edib pensiya kalkulyatoru xidmətindən istifadə edən hər bir şəxs cari hesabında toplanmış sosial sığorta kapitalına əsasən ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.