Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Pentaqon “Boeing” ilə $7,1 milyarddan yüksək məbləğdə müqavilələr imzalayıb - BBN

Pentaqon “Boeing” ilə $7,1 milyarddan yüksək məbləğdə müqavilələr imzalayıb

ABŞ Müdafiə Nazirliyi “Boeing” korporasiyası ilə ümumi dəyəri 7,1 milyard dollardan çox olan bir neçə yeni müqavilə imzalayıb. Bu barədə məlumatı “Reuters” yayıb.

Müqavilələrdən ən böyüyü — 4,7 milyard dollarlıq saziş — ABŞ ordusu üçün yeni Apache AH-64E hücum helikopterlərinin, onların simulyatorlarının və “AN/APG-78” radiolokasiya sistemləri də daxil olmaqla əlavə avadanlıqların tədarükünü nəzərdə tutur.

Digər müqaviləyə əsasən, “Boeing” ABŞ Hərbi Hava Qüvvələrinə əlavə olaraq 15 ədəd KC-46A çoxfunksiyalı tanker-təyyarə tədarük edəcək. Bu razılaşmanın dəyəri 2,47 milyard dollar təşkil edir.

Qeyd edək ki, Pentaqon ötən il də eyni tip 15 təyyarə üçün şirkətlə 2,38 milyard dollarlıq müqavilə imzalamışdı.

“Hazırkı saziş istehsalın sabitliyini qoruyur, uzun təchizat zəncirinin davamlı fəaliyyətinə dəstək verir və KC-46A təyyarələrinin yüksək imkanlarını saxlayır,” — deyə “Boeing” şirkətinin vitse-prezidenti Ceyk Kvasnik bildirib.

Related posts

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı qərara dəyişiklik edib

“Epoint” Gürcüstanda fəaliyyətə başladı – Kart ödəniş xidməti istifadəyə verildi

Deputat sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasını təklif edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı