Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Pərakəndə satış üzrə fəaliyyət göstərən şirkətlərin renkinqi açıqlanıb

Pərakəndə satış üzrə fəaliyyət göstərən şirkətlərin renkinqi açıqlanıb

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə pərakəndə sahəsində fəaliyyət göstərən şirkətlərin sıralamasını əks etdirən “BRAND FINANCE RETAIL 100” hesabatını dərc edib.
Hesabata istinadən, ən qiymətli pərakəndə satış şirkəti ünvanını Amazon qoruyub saxlayır.Ötən ilə nisbətən şirkətin brend dəyəri 38% artaraq, 350.3 milyard dollar olub.
“Walmart” ın brend dəyəri 20% artaraq, 119.9 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Ötən ilə nisbətən, 6%-lik artımla dördüncü sıradan üçüncü sıraya keçən “Home Depot” şirkətinin dəyəri 56.3 milyard dollar olub.Dördüncü və beşinci yerlərdə müvafiq olaraq “Taobao”( 53.8milyard $) və “Tmall” (49.2 milyard $) şirkətləri qərarlaşmışdır.
Dünyanın ən sürətlə böyüyən pərakəndə brendi “Burlington” brend dəyəri 80% artaraq 2.6 milyard dollar olmuşdur. Ən çox geriləyən pərakəndə satış şirkəti isə 42% geriləmə ilə Çin mərkəzli “Alibaba” brendi olmuşdur.
Siyahıda yer alan 100 şirkətin 38-i ABŞ,7-si Çin,11-i Almaniya mərkəzlidir.

Related posts

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Kredit portfelinin dinamikasına görə bankların – RENKİNQİ

Qeyri-faiz gəlirlərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı