Peşə hazırlığının əmək bazarında rolu müzakirə edilib

Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” konfransı keçirilib.

Konfransın əsas məqsədi peşə təhsili sahəsində ölkəmizdə son illər aparılan islahatlara diqqət çəkmək, bu istiqamətdə fəaliyyət göstərən maraqlı tərəfləri bir araya gətirərək faydalı müzakirələr təşkil etmək olub.

“Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri” adlı açılış panelində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə və kvalifikasiya standartlarının hazırlandığını bildirib. Qeyd edib ki, Nazirlik tərəfindən tətbiq edilən peşə hazırlığı proqramları çərçivəsində 130-a yaxın özəl peşə təhsili müəssisəsi ilə əməkdaşlıq edilir.

Konfransın ikinci paneli “Əmək bazarının ehtiyacları: rəqəmsallaşan dünyada dəyişən tələblər” mövzusuna həsr olunub. Panel çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli çıxış ediblər.

Bu gün Azərbaycan əmək bazarının əsas problemlərindən birinin işsiz və işaxtaranların peşə və kvalifikasiyası ilə mövcud vakansiyalar arasındakı uyğunsuzluq olduğunu deyən Mustafa Abbasbəyli bunun aradan qaldırılması üçün peşə hazırlığına diqqətin artırılmasının vacibliyini bildirib. Məşğulluğun təmin olunması üçün tətbiq edilən innovativ həllərdən və layihələrdən bəhs edən Agentlik sədri əmək bazarının rəqəmsallaşması istiqamətində tətbiq edilən ƏMAS altsistemi haqqında məlumat verib. Bildirib ki, ƏMAS vasitəsilə işsiz vətəndaşların əmək bazarına cəlb olunması prosesinin rəqəmsallaşdırılması, obyektiv vakansiya bankının formalaşdırılması, əmək müqavilələrinin elektron müstəviyə keçirilməsinə nail olunub.

Əmək bazarının gələcək inkişaf meyilləri haqqında çıxış edən E.Səfərli qurum tərəfindən aparılan təhlil nəticələri ilə tədbir iştirakçılarını tanış edib. Bildirib ki, texnoloji dəyişikliklər, urbanizasiya, əmək bazarında struktur dəyişikliklərinə səbəb olur, meqatrendlər əmək bazarında işəgötürənlərin işçi qüvvəsinə olan tələblərini, peşə təhsili ilə bağlı hansı istiqamətdə təkmilləşdirmələrə ehtiyac olduğunu əks etdirir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı