Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Peşələr Festivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub - BBN

Peşələr Festivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub.

Festivalda Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.

Tədbirdə yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Bildirilib ki, bu dəfə ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edəcək və peşələrlə əyani şəkildə tanış ola biləcəklər.

Növbəti festival 1 noyabr 2023-cü il tarixində Zaqatalada keçiriləcək.

Related posts

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

“ASAN xidmət” “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsini genişləndirir

Küveytdə pensiya və sosial sığorta sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı