Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Platin qiymətləri tarixi maksimumu yeniləyib - BBN

Platin qiymətləri tarixi maksimumu yeniləyib

Platinum bars background, 3D rendering

Nyu-York Əmtəə Birjasında (NYMEX) yanvar ayı üzrə platin fyuçerslərinin qiyməti bir unsiya üçün 2300 dolları keçərək tarixi maksimumu yeniləyib.

Bakı vaxtı ilə saat 10:10-a olan məlumata görə, qiymətli metalın qiyməti 2,85% artaraq 2352 dollara yüksəlib.

“Bloomberg”in məlumatına görə, platin artıq ardıcıl onuncu ticarət sessiyasında bahalaşır. 2025-ci ilin əvvəlindən bu yana platin qiymətləri 163% artıb ki, bu da agentliyin 1987-ci ildən etibarən statistika apardığı dövrdə qeydə alınan ən yüksək illik artım göstəricisidir.

Məlumata əsasən, 2025-ci ildə artıq üçüncü ildir ki, Cənubi Afrikadan tədarükdə yaranan fasilələr fonunda platin bazarında defisit müşahidə olunur.

Bununla yanaşı, dekabrın 23-də “Comex” əmtəə birjasında mart ayı üzrə gümüş fyuçerslərinin qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 71 dolları ötüb. Həmin gün qızıl fyuçersləri də rekord yeniləyərək bir unsiya üçün 4500 dollardan yuxarı qalxıb. Eyni zamanda, London Metal Birjasında mis üzrə üç aylıq kontraktın qiyməti ilk dəfə bir ton üçün 12 025 dollar səviyyəsinə çatıb.

Related posts

Gümüşdə Sərt Enİş: Qiymətli Metallar Təzyiq Altında

Nvidia, Microsoft və Amazon OpenAI-yə 60 milyard dollarlıq investisiya imkanını müzakirə edir

Təhlükəsiz aktivlərə tələbat fonunda qızılın qiyməti 5 200 dolları ötərək rekord vurdu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı