“Pokemon Go” oyunu öz şirkətinə uğur qazandırır

Nintendo şirkəti Pokemon Go adlı ağıllı telefon oyunu bazara çıxdığından bu yana xeyli uğur qazanıb. Hələ mobil oyun bazarı tam mənimsəməsə də, İnvestorlar Yaponiya şirkətinin bu sektora tam olaraq girməsi nəticəsində daha böyük uğurlar qazana biləcəyini düşünürlər.

Super Mario və Zelda adlı oyunların istehsalçısı olan Nintendo-nun bazar dəyəri ötən həftə Pokemon Go adlı yeni oyunun bazara çıxarılmasından bu yana 7 milyard dolların üzərində artıb.

Oyun, istifadəçilərdən yaxınlığındakı xəyali Pokemonları təqib etməsini istəyir. Pokemon Go, 7 İyulda onlayn olduğundan bu yana Apple-ın ABŞ və Avstraliyadakı pulsuz oyunları arasında ən qabaqcıl yerlərdən birini tutub.

Bu  oyunda istifadəçilər ətrafındakı pokemonları toplayıb, onları öyrədərək digər istifadəçilərlə mübarizə aparır. İstifadəçilərin tapılması çətin olan Pokemonlara çatmaq üçün saatlarla yol qət etməlidir.

Kantan Games adlı məsləhət şirkətinin yaradıcısı Serkan Toto: “Bu bir Nintendo sehridir. İlk dəfə bir mobil oyun belə hay-küy qoparır. Bu vəziyyət Nintendonun tam olaraq necə bir şirkət olduğunu göstərir” deyib.

Nintendo səhmləri Tokiodakı əməliyyatlarda 1983-cü ildən bu yana ən kəskin yüksəlişini qeyd edib. Şirkətin səhmləri Bazar ertəsi günü 25 % artıb. Pokemon Go-nun uğuru, investorları Nintendonun Mario və Zelda kimi digər populyar obrazlarını da mobil oyunlarda istifadə etməsi vəziyyətində əlavə uğur qazana biləcəyi barədə inandırıb.

Pokemon Go, köhnə Google startupı olan və +Ingress adlı populyar oyunun yaradıcısı Niantic tərəfindən inkişaf etdirilib. Nintendo, ötən il Pokemon adıyla Google ilə birlikdə Niantic-a investisiya yatırmışdı.

Mənbə: marja.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır