Polşa Yaşıl Texnologiya şirkətlərinin Bakıya gələn ticarət missiyası ilə görüşlər keçirilib

Polşa Yaşıl Texnologiya şirkətlərinin Bakıya ticarət missiyası təşkil edilib. Polşa İqlim və Ətraf Mühit Nazirliyi, Polşanın Bakıdakı Səfirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən təşkil olunan tədbirdə GreenEvo innovative proqramının geniş təqdimatı keçirilib. Proqram çərçivəsində görülən tədbirlər, dairəvi iqtisadiyyatın qurulması prosesində qabaqcıl yaşıl texnologiyaların mövqeyini gücləndirir və hərtərəfli inkişafı stimullaşdırır. Polşa Respublikasının Bakıdakı Səfirliyindəki Müvəqqəti işlər vəkili Michał Greczyło, Polşa Respublikasının İqlim və Ətraf Mühit naziri Paulina Hennig-Kloska ölkələrimiz arasındakı iqtisadi münasibətlər haqqında geniş məlumat veriblər. Polşanın davamlı inkişaf yolu və GreenEvo Proqramı ilə bağlı Polşa Respublikasının İqlim Dəyişikliyinə Uyğunlaşma və Şəhər Siyasəti Departamentinin direktoru Paveł Javorski əhatəli təqdimat edib.

Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı ölkəmizin investisiya imkanları, biznes mühiti, iqtisadi əməkdaşlıq qurduğu tərəfdaş dövlətlər, Qarabağın iqtisadi potensialı ilə bağlı geniş təqdimatla çıxış edib.

Sonra biznes missiyada təmsil olunan bank sektorunun nümayəndləri ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının ofisində müzakirələr davam edib.

Related posts

Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

İngiltərə Bankı əsas faiz dərəcəsini 3,75%-ə endirib

DOST Agentliyi inzibati binaların əsaslı təmirinə 7.3 mln. manat xərcləyəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı