Portmanat şirkətində tələbələrə təlim keçirilmişdir

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində “Rəqəmsal ödənişlər” adlı təlimi keçirilmişdir.

Təlim çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin 20-ə yaxın tələbəsi “Portmanat” şirkətinin inzibati binasına səfər etmiş və onun fəaliyyəti ilə tanış olmuşlardır. Həmçinin səfər zamanı onlara rəqəmsal ödənişlər, onların formaları və Azərbaycan təcrübəsi haqqında məlumat verilmişdir.

Qeyd edək ki, “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində tədbirlərin keçirilməsi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır