POS-terminallar azalır

Azərbaycanda bu ilin may ayı ərzində POS-terminalların ümumi sayı 0,02% və ya 15 ədəd azalaraq iyunun 1-nə 73 945 ədəd təşkil edib. Bu barədə Mərkəzi Bankdan məlumat verilib. Xəbərə görə, ilin əvvəli ilə müqayisədə bu göstərici 6 356 ədəd və ya 7,92% azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,59% və ya 4 379 ədəd azalma müşahidə olunub. Ölkə üzrə mövcud POS-terminalların 42 708 ədədi və ya 57,8%-i Bakıda, 42,2%-i və ya 31 237 ədədi regionlarda yerləşir. Qeyd edək ki, 2016-cı il iyunun 1-nə Azərbaycan əhalisinin hər 130 nəfərinə 1 POS-terminal düşüb.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır