Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Postmüharibə dövrü üzrə sosial dəstək paketi 26 min insanı əhatə edib - BBN

Postmüharibə dövrü üzrə sosial dəstək paketi 26 min insanı əhatə edib

Onlara ümumilikdə 36 min xidmət göstərilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı icra olunan sosial dəstək tədbirləri artıq 26 min şəxsi əhatə edib.

O cümlədən, bu tədbirlər çərçivəsində şəhid ailələri və müharibə əlillərindən ibarət 9100 nəfərə 18400 sosial ödəniş təyinatı həyata keçirilib. 7 mindən çox şəxsə sosial-psixoloji və reabilitasya yönümlü 10 min xidmət göstərilib. 140 hərbçi yüksək texnologiyalı müasir protezlə, 1200-ə yaxın müharibə əlili 8800-dən çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Həmin kateqoriyalara aid şəxslərin məşğulluq məsələlərinin həlli sahəsində də müvafiq işlər aparılır. Onlardan 7100 şəxs özünüməşğulluq və digər aktiv məşğulluq tədbirlərinə cəlb olunub.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı