Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 124 min şəxsə 309 min xidmət göstərilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığı əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu paket çərçivəsində postmüharibə dövründə:

•    şəhid ailələri üzvləri və müharibə veteranları olan 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 21,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

•    şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib;

•    şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 300 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib (Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 14,1 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7,5 mindən çox avtomobil verilib);

•    şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 51 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

•    müharibə ilə əlaqədar əlilliyi olan 2 min şəxs 44,6 min reabilitasiya vasitəsi, o cümlədən 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

•    şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

•    vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 95,7 min şəxsə xidmətlər göstərilib və s.

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 309 min xidmət göstərilib.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı