“Premium Bank” yeni layihəyə start verib

Evdeqal.net layihəsi Premium Bank-ın sponsorluğu ilə Netgroup şirkəti tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin olunmasına dəstək olaraq hazırlanıb istifadəyə verilib.​

Layihənin məqsədi ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin təşkilinə dəstək olmaq və heç bir maddi qazanc güdmədən ehtiyacı olanlara yardım etmək, üzlərinin gülməsinə səbəb olmaqdır.

Yaradılan platformada 65 yaşdan yuxarı və yardıma ehtiyacı olan şəxsləri qeyd etmək, onlar haqqında məlumatları əlavə etmək, eləcə də platformada qeyd edilən şəxslərə yardım göstərmək mümkündür. Bununla yanaşı,
platforma istifadəçilərinə yaşlı şəxslərə köməklik etmək üçün könüllü olaraq qeydiyyatdan keçmək imkanı tanıyır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı