Premium kartlara pulsuz sahib olmaq mümkündür

Expressbank-da pulsuz premium kartların verilməsi üzrə kampaniyanın bitməsinə saylı günlər qalıb.

Belə ki, Expressbank-da kampaniya çərçivəsində hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VISA Gold/MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə VISA Platinum/MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 20%-dək hissəsini karta geri alırlar (“cashback”). Üstəlik ölkə üzrə quraşdırılmış ExpressPay ödəniş terminalı və ya Şəxsi kabinet vasitəsi ilə istənilən zaman hesabınızı artıra və hesabla bağlı digər əməliyyatları həyata keçirmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır