“BƏƏ Azərbaycan iqtisadiyyatına daim töhfə verməyə hazırdır”

Prezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumun salamlarını və Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar münasibətilə təbriklərini dövlət başçısına çatdıran Sultan Əhməd bin Sulaim bildirib ki, ölkəsi Azərbaycan iqtisadiyyatına daim töhfə verməyə hazırdır. Qonaq neft ölkələrinin böhrandan əziyyət çəkdiyi indiki dövrdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə nail olunmasının önəmini vurğulayıb. Sultan Əhməd bin Sulaim bu gün Bakıda Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli iqtisadi zona ilə bağlı imzalanacaq müqavilənin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacağına əminliyini ifadə edib.

“DP World” şirkətlər qrupu ilə imzalanacaq bugünkü müqavilənin ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyən dövlətbaşçısı başlanacaq yeni layihənin əlavə iş yerlərinin açılması və ümumi daxili məhsulun artması sahələrində yeni imkanlar yaradacağına ümidvar olduğunu bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır