Prezident Maliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı fərman imzalayıb

16 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.

Fərmanda qeyd olunur ki, “Bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 17 yanvar 2019-cu il tarixli fərmanının 1-ci hissəsi ilə Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar yeni yaradılan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə həyata keçirilsin.

“Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” və ”Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə” ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

Fərman

Əsasnamə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır