Prezident İlham Əliyev ABA-nın Rəyasət Heyətinin üzvü, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayevlə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda sahibkarlığın inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məmməd Qurban oğlu Musayev “Şöhrət” ordeni ilə təltif edilib.