Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Prezidentin köməkçisi: Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb - BBN

Prezidentin köməkçisi: Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb

Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb.

BBN.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük Biznes Forumu 2025” adlı tədbirdə deyib.

O bildirib ki 2021-24-cü illərdə Azərbaycanın qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib.

“Eyni zamanda, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir”, -Şahmar Mövsümov qeyd edib.

“APA-Economics” 

Related posts

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Brent crude oilin qiyməti 2,5 % artaraq 90 dollara yaxınlaşıb

Azərbaycanda “Bank Nəzarəti Strategiyası” təsdiqlənib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı