Problemli kreditlərin məbləği 20.5% artıb

2017-ci il avqustun 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12860.8 milyon manat təşkil edib.

Statistika Komitəsinə əsasən, Ümumi kredit portfelinin 10336.3 milyon manatı və ya 80.4%-i uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96.5%-i banklar, 3.5%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Qeyd edək ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20.5% artaraq 1812.8 milyon manata çatıb və ümumi kredit portfelinin 14.1%-i təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır