“Problemli kreditlərlə mübarizədə zəif hüquqi mexanizm var”

“Son proseslər göstərdi ki, problemli kreditlərinin azaldılmasını təmin edəcək hüquqi mexanizm zəifdir.”

Bu sözləri 8-ci Azərbaycan Mikromaliyyə Konfransı zamanı “Baker and McKenzie” Bakı Ofisinin Partnyoru Altay Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda bank sektorundakı vəziyətin sağlamlaşdırılması üçün aşağıdakı istiqamətlərdə islahatların aparılmasına ehtiyac var.

  • Borc və girovla bağlı sadələşdirilmiş məhkəmə prosesi;
  • Təminatlı əqdlər üzrə qanun layihəsinin qəbulu;
  • Problemli kreditlər üzrə vergi güzəştləri;
  • Xarici investorların təşviqi üzrə hüquqi mexanizmin qurulması.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır