Proqram çərçivəsində məşğulluq orqanları əməkdaşları üçün VI təlim kursuna başlanıb

Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində VI təlim kursuna başlanılıb.

Bu dəfəki təlim “Gənclərin məşğulluğu, ömürboyu təhsil və gənclərin əmək bazarına çıxışı” mövzusuna həsr olunub.

Dörd gün davam edəcək təlim kursunun gündəliyinə “BƏT-in Qlobal komissiyasının əməyin gələcəyi üzrə hesabatına ümumi baxış: “Parlaq gələcək üçün əmək” (R.Pizarro), “Məşğulluq Xidməti orqanlarının nailiyyətləri və boşluqlara ümumi baxış. Azərbaycan təcrübəsi” (Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov), “Peşəyönümü” (BƏT-in eksperti Yuri Qertsiy),  “Stabil iş yerinə keçid: Gənclərin işə qəbulu və əmək haqqı subsudiyaları üçün təşviq” (BƏT-in eksperti Yens Sibbersen), “Təhlükəsiz və sağlam iş təcrübələrinə keçid-gənclərin qarşılaşdığı məşğulluq riskləri” (BƏT-in eksperti Benqt Lyngbek), “Məktəbdən işə keçid: işə əsaslanan öyrənmə imkanlarının artırılması” (BƏT-in ekspertləri Raul Komin və Yuriy Qertsiy) və digər mövzularda təqdimatların keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır