Pul köçürmələri sürətlə rəqəmsallaşmağa doğru gedir

Beynəlxalq ödəniş texnologiyaları nəhəngi “Visa” pul köçürmələri və bu seqmentdə rəqəmsallaşma ilə bağlı araşdırma aparıb. Araşdırmaların nəticəsinə əsasən, pul baratlarında rəqəmsal həllərə üstünlük verənlərin sayı artır.

Belə ki, Milad bayramı səbəbindən artıq ABŞ əhalisinin 23%-i öz pul köçürmələrini həyata keçirib. Həftə ərzində daha 63%-lik qismin də pul köçürməsi edəcəyi ehtimal edilir. Pul köçürmələrinə detallı nəzər saldıqda isə, köçürmələrin 59%-lik hissəsinin rəqəmsal platformalar vasitəsilə, geri qalan 41%-inin isə banka və ya pul köçürməsi məntəqəsinə gedərək həyata keçirildiyini müşahidə etmək mümkündür.

Qlobal pul köçürmələri bazarı Tacikistan,Qırğızıstan, Honduras, El Salvador kimi bir sıra ölkələrin iqtisadiyyatında böyük paya sahibdir. Ümumilikdə isə, aşağı və orta gəlirli ölkələrə göndərilən pul baratlarının həcmi 2019-cu ildə 550.5 milyard, 2020-ci ildə isə 540 milyard dollar səviyyəsində qərarlaşıb.  

Related posts

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı