Putin 2017-ci il büdcəsini təsdiqləyib

Rusiyanın dövlət başçısı Vladimir Putin 2017-ci il büdcəsini təsdiqləyib.

Kremlin mətbuatından verilən açıqlamaya əsasən, Rusiyanın büdcəsində gəlirlər 13,4 trilyon rubl, xərclər isə 16,2 trilyon rubl həcmində müəyyən edilib.

Növbəti ildə ölkənin büdcə kəsrinin ÜDM-yə nisbətinin 3,2%, inflyasiyanın isə 4% səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, büdcəyə əsasən, neft qiymətinin bir barrelinin 40 dollar olması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır