Putin rublun gücləndirilməsilə bağlı hansı tədbirləri görüb?

Devalvasiyadan sonra 16% artıb

Rusiya prezidenti Vladimir Putin rublun gücləndirilməsilə bağlı məsələlərə diqqət çəkdi.

“Əmtəə bazarlarında qiymət dəyişkənliklərinə baxmayaraq, rubl gücləndirilmişdir və bu faktorlarla bağlı gələcəkdə də nələr etməli olduğumuzu düşünəcəyik.”- deyə prezident baş nazirlə görüşündə bildirib.

Rublun tarixən ən aşağı səviyyəyə düşməsindən altı ay sonra hökumət bununla bağlı tədbirlər görməyə başladı. Dünən biznes ombudsmanı Boris Titovla görüşündə Putin rublun bu meylini “bəziləri çox xoşbəxtdir bəziləri isə yox” deyə adlandırıb və milli valyutadakı dəyişikliklərdən təsirlənən biznes sahələrilə bu tərəddüdlər arasında balansın qorunmasının vacibliyinə diqqət çəkib. “Rublun bu meyli ixracla məşğul olanlar üçün faydalı olsa da, idxal edənlər üçün heç də xoş bir hal deyil”- deyə prezident izah edib.

Son aylarda rubl neft qiymətlərindən “xilas oldu”. Hətta neftin ucuzlaşdığı bir dövrdə rubl bahalaşdı.

2014-2015-ci illərdəki devalvasiyadan sonra rubl 2016-cı ilin əvvəlindən 16% artıb.

“Bizim bu ilki planımız iqtisadiyyata real dəstək məqsədilə kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir”- deyə baş nazir Dmitri Medvedyev bildirib.

Aprel ayında maliyyə naziri Anton Sliuanov yeni qəbul olunmuş və hal-hazırda fəaliyyət göstərən maliyyə qaydalarının rubl məzənnəsinin həddindən artıq möhkəmlənməsinin qarşısını almaq üçün olduğunu bildirib.

Brexit və Türkiyədəki böhran kimi qlobal iqtisadi problemlərin mövcud olduğu bir zamanda investorlar riskli aktivlərə, o cümlədən rubla investisiya etməyə başlamışdır. İyulun ortalarında Suisse Group-un analitikləri rublu “inkişaf etməkdə olan ölkələrin ən cəlbedici valyutası” adlandırmışdır.

Onun sözlərinə görə, indiki dövrdə rus rublu dividendlərdən və vergilərdən böyük dəstək almışdır. Amma avqustun axırlarına doğru rezidentlər dollar almağa yönələ və bu rublun kursuna mənfi təsir göstərə bilər.

Mənbə: RBK

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır