Putin Rusiyanın neft ixracını rekord həddə çatdırıb

Teleqraf nəşrinin yazdığı məlumata əsasən Rusiyanın prezidenti Vladimir Putin Qərbin sanksiyalarına baxmayaraq neft ixracını rekord səviyyədə artırıb. BBN.az nəşrə istinadən xəbər verir ki, artım OPEC+ ölkələrinin gündəlik xam neft istehsalının azaldılması xəbərinə baxmayaraq baş verib. Təşkilata üzv olan rəsmi Moskvadan isə bəyan ediblər ki, onlar da iyun ayına qədər hasilatı gündəlik yarım milyon barrel azaldacaqlar.

Qeyd edək ki, Brent xam neftinin qiyməti cümə günü axşamı 6.17% artaraq bir barellinə görə 84.82 dollara yüksəlib, analitiklərin isə proqnozu o yöndədir ki, xam neftin 1 barrelə görə qiyməti 100 dollara qədər yüksələcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı