Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
PwC Azərbaycan və Bakı Fond Birjası Azərbaycanın kapital bazarlarının inkişafı istiqamətində birgə səylərini gücləndirir - BBN

PwC Azərbaycan və Bakı Fond Birjası Azərbaycanın kapital bazarlarının inkişafı istiqamətində birgə səylərini gücləndirir

PwC Azərbaycan və Bakı Fond Birjası (BFB) ölkənin kapital bazarlarının inkişafını sürətləndirmək və maliyyə sektorunun dayanıqlı inkişafını dəstəkləmək məqsədilə Anlaşma Memorandumu (MoU) imzalayıblar.

BBN.az xəbər verir ki, Memorandum Bakı Fond Birjasının İdarə Heyətinin Sədri cənab Ruslan Xəlilov və PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru cənab Şaukat Tapia tərəfindən imzalanıb. Sənəd bazar iştirakçılarının imkanlarının genişləndirilməsi, emitentlərin kapital bazarlarına çıxış imkanlarının artırılması, eləcə də kapital bazarlarında şəffaflıq və qabaqcıl təcrübələrin təşviqi istiqamətində qarşılıqlı əməkdaşlıq üçün zəmin yaradır.

Sazişə münasibət bildirən PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru cənab Şaukat Tapia bildirib:

“Dayanıqlı və səmərəli kapital bazarları iqtisadi artımın təşviqi və uzunmüddətli investisiyaların cəlb edilməsi üçün mühüm rol oynayır. Bakı Fond Birjası ilə əməkdaşlığımız çərçivəsində bilik və təcrübəmizi bölüşərək bazarda etimadın artırılmasına, emitentlərin dəstəklənməsinə və Azərbaycanın kapital bazarlarının inkişafına töhfə verməkdən məmnunuq.”

Memorandum PwC Azərbaycan və Bakı Fond Birjası arasında əməkdaşlıq prinsiplərini müəyyən edən çərçivə funksiyasını daşıyır. Memorandum çərçivəsində həyata keçiriləcək xüsusi layihələr və təşəbbüslər zərurət yarandıqda ayrıca sazişlər vasitəsilə icra olunacaq.

Bu tərəfdaşlığın möhkəmləndirilməsi PwC Azərbaycan və Bakı Fond Birjasının Azərbaycanda iqtisadi artımı dəstəkləyən, investisiya cəlbediciliyini artıran və biznes və investorlar üçün yeni imkanlar yaradan dayanıqlı, şəffaf və səmərəli kapital bazarının qurulması istiqamətində ortaq dəyərlərini və uzunmüddətli səylərini bir daha nümayiş etdirir.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

“Amazon” 2025-ci ili güclü artımla başa vurdu

“Fitch” SOCAR-ın reytinqlərini dünyanın aparıcı neft-qaz şirkətləri sırasında qiymətləndirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı