”Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 29 nömrəli quyu qazmadan sonra istismara verilib.Quyu qirməki lay dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul vermiş, hazır süzgəclər endirilməklə (769-651 metr intervaldan) sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır