Qətər hökuməti Almaniyanı LNG (maye qaz) ilə təmin edəcək və tərəflər bu məsələdə razılığa gəliblər.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, razılıq uzunmüddətli bir dövrü əhatə etdiyindən, Avropanın Rusiyadan gələn təbii qaz ilə bağlı asılılığını azaldacağı proqnozlaşdırılır. Qətərin Energetika naziri Saad al Kaabi isə açıqlamasında bildirib ki, bu razılaşmalar mühüm əhəmiyyət kəsb edir.
Qətər hökuməti 2026-ci ildə başlayaraq 15 il ərzində Almaniyaya LNG göndərməyi planlaşdırır. Razılıq çərçivəsində həmin ildən başlayaraq hökumət ilə 2 milyon ton maye qazı Almaniyaya göndərəcək.