Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Qadınlar texnologiyada” adlı tədbir keçirilib - BBN

“Qadınlar texnologiyada” adlı tədbir keçirilib

8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Qadınlar texnologiyada” adlı tədbir keçirilib.

2017-ci ildən etibarən keçirilən tədbir bu il də maraqlı olması ilə yadda qalıb.

Tədbiri giriş sözü ilə açan ABA-nın İcraçı direktoru Yunus Abdulov tədbir iştirakçılarını təbrik edib və qadınlar bank sektorundakı rolundan danışıb.

Daha sonra tədbirin spikerlərinə söz verilib. “Lutfizadə Texnologiya Mərkəzi”nin rəhbəri İmran Bağırovun moderatorluğu ilə qadınların texnologiya sahəsindəki rolundan bəhs edilib. Daha sonra “PAŞA Bank” ASC-nin Rəqəmsal məhsullar üzrə rəhbəri Səbinə Qurbanova “Gender müxtəlifliyinin şirkətlər üçün əhəmiyyəti” adlı mövzu ilə çıxışı davam etdirib. Növbəti spiker “Azercell Telecom”un Texnologiya rəhbəri Xavər Babazadə “Balans yaratmaq mümkündürmü?” adlı çıxış ilə bu sualı cavablandırıb. “Agile Azerbaijan Community” təsisçisi Nərminə Hüseynzadə “Qadınlar Agile-da” mövzusu üzrə son vaxtların ən məşhur texnologiyası agile-dan və qadınların bu sahədə rolundan danışıb. Sonun çıxışçı-“Femmes Digitales ”in həmtəsisçisi Şəhla Məmmədova “Rəqəmsal transformasiyada qadınların rolu və təşviqi” haqqında məlumat verib.

Sonda qonaqların sualları spikerlər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı