Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qafqaz İnvestisiya Forumunda regional əməkdaşlıq məsələləri müzakirə olunub - BBN

Qafqaz İnvestisiya Forumunda regional əməkdaşlıq məsələləri müzakirə olunub

Rusiyada keçirilən Qafqaz İnvestisiya Forumunda Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Rusiyanın Qroznı şəhərində keçirilən Qafqaz İnvestisiya Forumunda Azərbaycanı təmsil edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında sərbəst ticarət rejimi ticarət dövriyyəsinin artmasını stimullaşdırır və işgüzar dairələr arasında faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Forumda Rusiya ilə iqtisadi əlaqələrin inkişafında investisiya əməkdaşlığının xüsusi yer tutduğu bildirilib. Son illər Azərbaycanın özəl şirkətlərinin Rusiyaya, xüsusilə də Qafqaz regionuna yatırdığı invetisiyalar barədə məlumat verilib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi potensialı və burada sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullar diqqətə çatdırılıb. Rusiya şirkətlərininin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak imkanları barədə fikirlərini bölüşən nazir müavini belə təşəbbüslərin tərəfdaşlıq əlaqələrini gücləndirdiyini vurğulayıb.

Tədbirdə “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-tranzit imkanlarının ikitərəfli iqtisadi münasibətlərə, eləcə də regional inkişafa töhfə verdiyi qeyd olunub.

Related posts

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Fitch: İrandakı münaqişə inkişaf etməkdə olan ölkələr üçün əlavə iqtisadi risklər yarada bilər

Qlobal analitiklər: Azərbaycan iqtisadiyyatı və bank sektoru dayanıqlı və region üçün strateji əhəmiyyətlidir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı